Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Sepah-ın Baş Komandanı deyib: “İslam İnqilabının irəliyə doğru hərəkətinin sürətlənməsinə görə, regionun xərçəng şişi olan israil rejimi bizimlə müharibə təbilini çalmaqdadır. Amma, müharibənin nə zaman başlayacağı məlum deyil. Ola bilsin müharibə baş versin. Lakin, sionistlər bu işə başlamış olsalar, bu onların sonu olmuş olacaq.
Ordu generalı Məhəmməd Əli Cəfəri hərbi nailiyyətlər üzrə ikinci ixtisaslaşdırılmış sərginin açılış mərasimində deyib: “Bizim silahlı qüvvələrimiz təchizat baxımından inkişaf ediblər və potensiallarımız son dərəcə genişdir. Heç kəs İslam Dövlətinə hücum etməyə xüsusilə də geniş quru əməliyyatlarına başlamağa cürət etməz”.
O daha sonra deyib: “Əlbəttə, ola bilsin ki, müharibə baş versin. Amma, onun harada baş verəcəyi məlum deyil. İslam İnqilabı artıq sərhədlərə malik deyil və dünyaya yayılıb.
Sepah-ın Baş Komandanı İslam Dünyasının mərkəzində yaranmış xərçəng şişi olan İsrail rejimi ilə müharibə şəraitində olduğumuzu deyərək, vurğulayıb: “Amma, bu hadisənin nə zaman baş verəcəyi məlum deyil. Hazırda onlar İran İslam Respublikası ilə qarşıdurmanın yeganə yolunun müharibə olduğuna inanırlar. Lakin, o qədər axmaqdırlar ki, onları bir qədər anlayışlı olan ağaları bu işdən çəkindirir. Onlar bilməlidirlər ki, belə bir işə başlamış olsalar, bu onların məhvi və bütün oyunun sonu olmuş olacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır