16 sentyabr 2012 - 19:30

Rus kosmonavtlar və amerikalı astronavt Beynəlxalq Kosmos Stansiyasında xidmət göstərirdilər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Beynəlxalq Kosmos Stansiyasında xidmət göstərən amerikalı astronavt Jozef Acaba, rus kosmonavtlar Gennadi Padalka və Sergey Revini daşıyan Rusiyanın "Soyuz" gəmisi Yerə qayıdıb.

Amerika Aerokosmik İdarəsinin (NASA) televiziyası 123 gündən sonra "Soyuz" Qazaxıstan çölünə paraşütlə yumşaq eniş etdiyini açıqlayıb.

Kosmonavtlar və astronavtın enişdən dərhal sonra həkimlərin nəzarətindən keçdiyi və onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Hələ də Beynəlxalq Kosmos Stansiyasında olan amerikalı astronavt Sunita Villiams, yapon astronavt Akihito Xoşuda və rus kosmonavt Yuri Malençenkoya 17 oktyabrda yeni qrup qatılacaq.

Qeyd edək ki, Sunita Villiams, Yuri Malençenko və Akihito Xoşudanı daşıyan "Soyuz" 15 iyulda Qazaxıstanın Baykonur kosmik bazasından kosmosa göndərilmişdi.

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır