16 sentyabr 2012 - 19:30

İran İslam Respublikası Dəməşqə etdiyi yardımlarla fəxr edir”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Sepahın (İran İslam İnqilab Keşikçiləri Korpusu) Baş Komandanı Məhəmmədəli Cəfəri sentyabrın 16-da jurnalistlərə açıqlamasında qurumun “Qüds” qanadı qüvvələrinin Suriyada Bəşşar Əsəd hökumətinə yardım göstərdiyini təsdiq edib.

Baş Komandan Məhəmmədəli Cəfəri deyib ki, İran İslam Respublikası Bəşşar Əsəd hökumətinə yardımı davam etdirəcək: “Hamı bilir ki, Sepahın İslami hərəkatlara yardım göstərmək və İslam İnqilabını ixrac etmək üçün “Qüds” qüvvələrindən ibarət bir qanadı da var. Hazırda həmin “Qüds” qanadının bir sıra qüvvələri Suriyadadır. Lakin həmin qüvvələrin Suriyada olması onların hərbi fəaliyyət göstərməsi demək deyil. Sepah qüvvələri sadəcə olaraq Suriya hökumətinə müxaliflərlə bağlı müəyyən məşvərət və məsləhətlər verir, bu ölkəyə hətta iqtisadi yardım da göstərir. İran İslam Respublikası Dəməşqə etdiyi həmin yardımlarla fəxr edir”.

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır