11 sentyabr 2012 - 19:30

"Dininiz yoxdursa, heç olmasa kişiliyiniz olsun"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən azərbaycanda dindar kəsimə qarşı represiyalar davam etməkdədir. Belə ki, Azərbaycanın milli və mənəvi dəyərlərini aşılayan bədnam evrovision fəsad müsabiqəsinə kəskin etirazın bildirəndünən Ruhani Hacı İlqar Əliyev qondarma ittihamlarla təqsirlənərək əliyevlər tərəfindən həbs edilmişdir. Ruhaninin qondarma işi ilə bağlı 11 sentyabr 2012-də səhər saatlarında Cəlilabad şəhərində qondarma məhkəmə keçirilib.

Məhkəmə iclasında şahidin ifadəsinin yalan olmasına etiraz edən ruhani deyib: "Dininiz yoxdursa, heç olmasa kişiliyiniz olsun.”

Mübariz ruhani Hacı İlqar Əliyevin növbəti məhkəməsi isə bu gün də 12 sentyabrda səhər saat 9-da keçirilib.

Məhkəmə iclasında 2 şahid dindirilib. Onlardan biri polis, digəri isə polis bölməsində axtarış zamanı iştirak etmiş hal şahidi olub.

Polis məhkəmədəki ifadəsində bildirib ki, Hacı İlqar Əliyevi yaxşı insan kimi tanıyır.

Hal şahidi isə axtarış zamanı narkotikin ruhaninin cibindən çıxdığını iddia edib. Ruhani İlqar Əliyev buna etiraz edərək bildirib: "Zillət və rəzillik bizdən uzaqdır"

Məhkəmənin vaxtı gizlədilsədə iclasda 30 dindar və ruhaninin ailəsi iştirak edib.

Hakim növbəti məhkəmə iclasının keçiriləcəyi vaxtı bu məhkəmədə də açıqlamayıb.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır