8 sentyabr 2012 - 19:30

Laricani: Kanada hökumətinin davranışı bu hökumətin özünü itirdiyini göstərir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Şurası Məclisinin sədri Kanadanın Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə əlaqədar bu ölkə hökumətinin yüngül siyasi davranışını Tehranda keçirilən Qoşulmama Hərəkatının 16-cı zirvə toplantısının nailiyyətləri qarşısında özünü itirməsini göstərir.

İRNA-nın məlumatına görə, İslam Şurası Məclisinin sədri Əli Laricani parlamentin bugünkü açıq iclasında deyib: Bəzi Avropa ölkələrinin mövqeyi və onların iqtidarını nümayiş etdirməsindən daha çox qeyri-münasib olan funksiyaları onların passivliyini göstərir.

Kanadanın xarici işlər naziri, cümə günü İran İslam Respublikasına qarşı düşmən mövqeli bir hərəkətlə bəyanat verərək bildirib ki, bu ölkə Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb və İran İslam Respublikasının Kanadadakı diplomatlarına ölkəni tərk etmək üçün 5 gün vaxt verib.

İran İslam Şurası Məclisinin sədri habelə Qoşulmama Hərəkatının 16-cı zirvə toplantısının Tehranda uğurla keçirilməsinə toxunaraq əlavə edib: Bu iclasın uğurla keçirilməsi beynəlxalq və regional səviyyədə stabillik, təhlükəsizlik və həmrəyliyin yaradılmasında İİR-ın iqtidarı və məsuliyyətli olduğunu göstərir.

İİR-ın qanunvericilik qüvvəsinin sədri söyləyib: 100-dən çox müxtəlif ölkənin siyasi rəsmilərinin yüksək səviyyədə iştirakı İrana qarşı bir neçə ölkənin ekspansionist hərəkətlərinə yuxarı dərəcədə “yox” cavabı verməsi idi. Belə ki, bu bir neçə ölkə illərdir dəfələrlə bildirirlər ki, beynəlxalq ictimaiyyət İran İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından nigarandır.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır