Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasənişğalçı israil rejiminin himayədarlığı ilə İraqın “Misan” əyalətində daha bir terror aktı qeydə alınıb. Belə ki, Müsəlmanların Təqlid Mərcəsi Ayətullah Sistani cənablarının Misan əyaləti üzrə nümayəndəsi cənab Höccətül İslam Şeyx Əhməd əl-Ənsarinin maşını partladılıb. Xoşbəxtçiliydən Şeyx Əhməd cənablarına zərər dəyməyib.
Ayətullah Sistani cənablarının Misan əyaləti üzrə nümayəndəsi dünən gecə, “Əmarə” məntəqəsinindəki “Şeyx Ənsari” adına Məsciddə şam və xoftən namazların qıldıqdan sonra çölə çıxarkən maşını partladılıb.
Bilafasilə hadisə yerinə polis qüvvələri gələrəy, ətraf zonanı mühasirəyə alıb və faktla bağlı təhqiqat işinə başlayıblar.
Xatırladaq ki, son aylarda Təqlid Mərcələrinin xüsusən də Ayətullah Sistani cənablarının nümayəndələrinə qarşı suiqəsdlər artırılıb. Qeyd olunan suiqəsdlərdə bir çox nümayəndələr şəhid olaraq Allah yanında uca məqama nail olublar.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır