4 sentyabr 2012 - 19:30

İran İslam Respublikasının hərbi gəmiləri ABŞ sahillərinin 12 mil yaxınlığına qədər gedəcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələri Komandanı Həbibullah Səyyari məlumat verib: “İran İslam Respublikasının hərbi gəmiləri ABŞ sahillərinin 12 mil yaxınlığına qədər gedəcək”.

Səyyari bunu ABŞ hərbi gəmilərinin İranın dəniz sularının yaxınlığına gəlməsinə qarşı atılan addım kimi xarakterizə edilib.

Səyyari öz müsahibəsində “Biz İranın mənafeyini qorumaq məqsədi ilə bütün azad dənizlər və beynəlxalq sularda var olacağıq” deyə vurğulayıb. Onun sözlərinə görə, İran ordusunun dəniz qüvvələri indi yalnız körfəzdə deyil, Hind okeanının şimalında, Adan körfəzi və Babülməndəbəyə qədər sularda yerləşdirilib.

Haqq Yolu İRNA-ya istinadən

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır