Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasında həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə azad ediliblər.
Onlar bü gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil veriliblər.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəst Azərbaycan şairlərinin Təbrizdəki Azərbaycanın Baş Konsulluğununa təhvil verilməsini təsdiqləyib.
Azadlığa buraxılmış şairlərin yaxın günlərdə ölkəmizə qaytarılması üçün hüquqi proses başa çatacaq.
Bildirək ki,azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İİR-a şeir festivalında iştirak üçün gedib və bu il mayın 2-də orada həbs olunublar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır