2 sentyabr 2012 - 19:30

Hacının İslam dinini düzgün şəkildə yayması nəticəsində Nardaran kəndində bir dükanda belə olsun, içki satılmadı. Namaz qılmayanlar namaza başladı, içki içənlər içkini tərgitdi, xüms verməyənlər öz xümslərini verdilər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının yaradılmasından artıq 20 il keçməkdədir. Bu illər ərzində Azərbaycan İslam Partiyası siyasi və ictimai bir təşkilat olaraq Azərbaycan xalqının milli və mənəvi dəyərlərin nə inki qoruyub saxlamış hətta bunların inkişaf etdirilməsində əbəssiz rol oynamışır.

İslam Partiyasının ilk günlərdən gördüyü fəaliyyətlər barəsində islaminsesi.az saytı partiya funksioneri Fəyyaz Nəbizadədən partiya xatirələri haqqında qısa məqalə dərc etmişdir.

Məqaləni nəzərinizəçatdırırıq:

 

Bismillahir Rahmənir Rahim!

 

Azərbaycan İslam Partiyası 1992-ci ildə Nardaran qəsəbəsində təsis edilmişdir və o zaman da qeydiyyatdan keçirilmişdir. AİP-in yaranması və təsis olunması Azərbaycan xalqına xidmət etmək və millətimizi düz yola yönəltməkdən ibarət olub. AİP-ə rəhbər olaraq Hacı Əlikram Əliyev seçildi. Hacı partiyaya rəhbər seçiləndən sonra sıralarımız çoxalmağa başladı. Sıraların çoxalması Hacının İslam dinini düzgün təbliğ eləməsinin nəticəsi idi. Sevindirici hallardan biri də bu idi ki, partiyaya daha çox ziyalılar müraciət edirdilər. İslam Partiyası öz fəaliyyəti dövründə Azərbaycanda məsum imamların mövludunu və şəhadətlərini keçirmiş və xalqa əsl dini dəyərlərimizi anlatmışdır. Mərhum Hacı Əlikramın səyləri nəticəsində keçmiş “Lenin”, indiki “Heydər Əliyev” sarayında Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu keçirildi. Məclisdə, təxminən, iki min beş yüzdən çox insan toplaşsa da, çoxlarına yer çatmadı. Rəhmətlik öz fəəaliyyəti dövründə mənfur dövlətlərin Azərbaycana mənəvi zərbə vurmalarının da çox qarşısını alıb. Hacının İslam dinini düzgün şəkildə yayması nəticəsində Nardaran kəndində bir dükanda belə olsun, içki satılmadı. Namaz qılmayanlar namaza başladı, içki içənlər içkini tərgitdi, xüms verməyənlər öz xümslərini verdilər. Bir sözlə, mən bunu deyə bilərəm ki, Hacı xalqımıza sanki bir nemət olaraq bəxş edilmişdi. Mən Allahdan ona rəhmət diləyirəm.

Elşən Cəfəri

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır