31 avqust 2012 - 19:30

Zahid bir insan mükaşifəsində həzrəti İmam Əlinin (əleyhis səlam) övladı həzrəti Əbülfəzlil Abbas (əleyhis səlam) at üzərində durmuş halda Tomorr dağının qülləsində müşahidə etmişdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Albaniyanın cənub bölgəsində yerləşən “Skrapar” şəhərinin yxınlığındakı “Tomorr” dağının qülləsində, dəniz səthindən 2300 metr hündürlüydə “Abbas Əli (əleyhis səlam)” ziyarətgahı yerləşir.

Çox qədim tarixə malik olan bu ziyarətgah Avropa xüsusi ilə də Albaniya Ələvilərinin Bektaşiyyə firqəsinin davamçıları tərəfindən yüz illər boyu ziyarət edilmədədir.

Bektaşiyyələrin dediyinə əsasən bir zahid insan mükaşifəsində həzrəti İmam Əlinin (əleyhis səlam) övladı həzrəti Əbülfəzlil Abbas (əleyhis səlam) at üzərində durmuş halda Tomorr dağının qülləsində müşahidə etmişdir.

Elə həmin gündən bəri müsəlmanlar Tomorr dağının qülləsində “Təkyə” quraraq hər il avqust ayının 22-25-nə təsadüf edən tarixdə həmin məkanı zyarət edirlər.

Hazırda bu “Təkyə” barəsində, zuyarətgahın özünəməxsus mərasimlərin keçirilməsi haqqında və dövlət səviyyəli hansı şəxsiyyətlərin bu Təkyəni ziyarət etməyəri barəsində məlumatla dolu braşur hazırlanaraq çap edilmişdir. Qeyd olunan braşur Alban və İngilis dillərində çap edilərəy yerli və xarici qonaqlara paylanılır.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır