Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respubliksı “Milli Müdafiə Sənayesi Günü”ndə 6 yeni müdafiə texnikasını təqdim edib.
Belə ki, Milli Müdafiə Sənayesi günündə yenilənmiş dördüncü nəsil "Fateh" 1D-110 raketi, "Armita" uçan laboratoriya, "Bonyan 4" dəniz mühərrikləri, "Aras" taktiki avtomobil, "Vəfa" təkmilləşdirilmiş atış qurğusu və "Şahid" rabitə və radar sistemi nümayiş etdirilib.
Dünən keçirilən tədbirə prezident Mahmud Əhmədinejad, Müdafiə Naziri General Əhməd Vahidi, Rabitə və İnformasiya Texnologiyaları Naziri Rza Tağıpur da qatılıb.
Əhməd Vahidi bildirib ki, "Fateh" 1D-110 raketi son on ildə İran İslam Respublikasının müdafiə sənayesinin ən böyük uğurudur: "Bu raket bərk yanacaqla işləyən və hədəfi ən dəqiq şəkildə vuran müasir yer-yer tipli ballistik raketdir və İİR-ın müdafiə gücündə ən mühüm yer tutur."
Tədbirdə bildirilib ki, İslam Respublikasının müdafiə gücü heç bir ölkəyə, xüsusilə qonşularına təhlükə törətmir və müdafiə doktrinasında da öz əksini tapıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır