20 avqust 2012 - 19:30

Cənubi Koreya İslam Respublikasından sutkada 200 min barel neft idxal edəcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Cənubi Koreya İran islam respublikasından neft alışını bərpa etmək niyyətindədir.  Neft alışının Sentyabr ayından bərpa olunacağı bildirilir.

İlkin məlumata görə, Cənubi Koreya İslam respublikasından sutkada 200 min barel neft idxal edəcək. Neftin nəqli isə əvvəlki kimi tankerlər vasitəsiylə həyata keçiriləcək.

Razılaşmaya görə neft daşıyan tankerlər İran İslam respublikasına məxsus olmalıdır. Eyni zamanda nəql olunan neftin sığortası da İslam Hökümətinin üzərinə düşəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır