Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu ilin fevral ay ının 16-sında ŞƏRLƏNƏRƏK həbs olunan “Azərbaycan İslam Hərəkatı”nın davamçısı Seyyid Elbrus İbadov dünən “Beynəlxalq Qüds Günü” Kürdəxanı İstintaq Təcridxanasından azad edilib.
İsti hava altında Seyyid Elbrusu gözləyən dindarlar nəhayət ki, onu azad görməklə sevinc və fəxr hissi duyublar.
Qeyd edək ki, Seyyid Elbrus İbadov CM-nin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ŞƏRLƏNƏRƏK 6 ay həbs cəzasına məhkum olunmuşdu.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır