Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi rəsmi Tehranın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvü hər hansı bir ölkənin üzvlüyünün təxirə salınmasına qarşı olduğunu vurğuladı.
Əli Əkbər Salehi "Tehran İslami Əməkdaşlıq Təşkilatı üzvü hər ölkənin üzvlüyünün təxirə salınmasına qarşıdır" deyə bildirib.
Fransa xəbər agentliyinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışan Salehi bu barədə həmçinin deyib: "Mən şəxsən hər hansı bir ölkə və ya təşkilatın üzvlüyünün təxirə salınmasına açıqca qarşıyam. Üzvlüyün təxirə salınması sizin problemi həll etmək üçün irəliləməkdə olduğunuz demək deyil, məsələni silmək istədiyinizin bir ifadəsidir. İƏT üzvü ölkələr başda olmaqla bütün ölkələrin əl-ələ verib bu məsələnin bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsinə səbəb olacaq şəkildə təhlil edilməsi yolunda səy göstərmələri lazımdır".
Qeyd edək ki, İƏT baş katibi İkmələddin İhsanoğlu bir qədər əvvəl Fransa xəbər agentliyi müxbirinə bu təşkilatın Ciddədə bu gün təşkil ediləcək zirvəsində Suriyanın olmayacağını və bu zirvədə Suriyanın üzvlüyünün təxirə salınması mövzusunun müzakirə ediləcəyini ifadə etmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır