Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Mədəniyyət və İslam Oriyentasiya Nazirliyinin Hüquq şöbəsinin rəhbəri Əhməd Əli Mohsenzadə bildirib: “İran İslam Respublikası intelektual mülkiyyət hüquqlarının müdafiəsi üzrə Bern Konvensiyasına qoşulmaq niyyətindədir”.
Onun sözlərinə görə, bu layihə üzrə sənədləşdirmə hazırlanıb.
Əhməd Əli Mohsenzadə daha sonra deyib: "Xüsusi komissiya yaradılıb və qanun layihəsinin hazırlanması üzrə 70-dən çox iclas keçirilib. Hazırda komissiyanın işi qurtarıb. Ay ərzində Nazirlər Kabinetində qanun layihəsinin təsdiqlənməsi gözlənilir".
Ədəbiyyat və incəsənət işlərinin müdafiəsi üzrə Bern Konvensiyası – 1886-cı ildə İsveçrədə Bern şəhərində qəbul olunmuş müəllif hüquqları sahəsində beynəlxalq razılaşmadır. Bu sahədə ilk və əsas beynəlxalq razılaşma odur. Konvensiyanın ilk iştirakçıları Belçika, Almaniya, Fransa, İspaniya, Böyük Britaniya, Tunis və İsveçrədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır