12 avqust 2012 - 19:30

İbrahim Ağa Məhəmmədi: “Ərdoğan və dostlarına məsləhətim odur ki, hər şeyə qarışmasınlar”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin üzvü İbrahim Ağa Məhəmmədi, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriya siyasətinin onun hakimiyyətinin sonunu gətirəcəyini deyib.

Məhəmmədi “Ərdoğan və dostlarına məsləhətim odur ki, hər şeyə qarışmasınlar” deyib.

İİR-ın ingilisdilli “Press TV” kanalına açıqlama verən Məhəmmədi Türkiyənin Suriya siyasətini bəyənmədiyini bildirib.

Məhəmmədinin fikrincə Türkiyə İİR və Suriya ilə dost münasibətləri qurmalıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır