10 avqust 2012 - 19:30

Akif Heydərli: “Günxeber saytını ağızdolusu yalan danışmaqdan çəkinməyə dəvət edirəm”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Günxəbər.com saytı Azərbaycan İslam Partiyasının Lerik, Binəqədi, Sumqayıt rayon komitə sədrlərinin istefa verdiklərini bildirmişdir.

Guya bu xəbəri Günxeber.com-a partiyanın mətbuat xidməti bildirmişdir. Bununla bağlı “İslaminsesi.az” xəbər portalı AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərlidən məlumatın həqiqətə uyğun olub-olmaması barədə fikir bildirməsini xahiş etmişdir.

Heydərli demişdir: “Günxeber.com saytının AİP-də istefalar barədə xəbərlərin heç biri həqiqətə uyğun deyil. Mən bu saytın kimə və ya hara məxsusluğu barədə bir söz deyə bilmərəm, amma xəbər portalını maliyyələşdirənlər, hər halda, vəsaitinin məhkəmələrdə əlindən alınmasına görə əməkdaşlarının başını tumarlamazlar. Bu barədə yəqin ki, müzakirələrimiz olacaqdır. Yalan informasiya həm də bu saytın əməkdaşlarının öz işlərinə nə qədər məsuliyyətsizliklə yanaşmasından xəbər verir. Mən onları İslamçı olmağa, imana yetişməyə, ən azı müqəddəs Ramazan ayında ağızdolusu yalan danışmaqdan çəkinməyə dəvət edərdim. İkincisi də ki, külək dağdan nə aparar? İslam Partiyası ən ekstremal şəraitdə belə nəinki bu kimi psixoloji təzyiqlərdən, dünyada gedən siyasi tendensiyalardan, heç İslamçılara qarşı aparılan təqib və həbslərdən də diksinmir, rahatsız olmur.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır