Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən vəkili Anar Qasımlı bidirib: Ruhani Hacı Abgul Süleymanov 11 il azadlıqdan məhrum edilib.
Vəkilin sözlərinə görə, Abgül Süleymanov ona verilən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Digər tərəfdən məhkəmə prosesində jurnalistlərin iştirakına şərait yaradılmayıb. FaktXeber.com-un əməkdaşının verdiyi məlumata görə, məhkəmə zalına daxil olmaq üçün nə qədər cəhd və müraciət etmələrinə baxmayaraq buna imkan verilməyib.
Qeyd edək ki, Hacı Abgül Süleymanova Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) QONDARMA maddələri ilə ŞƏRLƏNİLMİŞDİR.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır