Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ və onun sionist müttəfiqlərinin İslam Respublikası İrana qarşı tətbiq etdikləri İqtisadi Sanksiyaların uğursuluğu bir daha sübuta yetdi. Belə ki, İranlı alim Həsən Şucayi, İslam Düşmənlərinin İİR-nı dörd bir yandan sıxışdırıldıqlarına baxmayaraq ölkənin elm tarixində ilk dəfə olaraq bakteriya kəşf edib.
Jurnalistlərə açıqlama verən alim “Mycobacterium Iranicum” adlandırılan bakteriyanın insan orqanizimində meningit və tuberklyoz xəstəliyinə səbəb olduğunu bildirib.
Bakteriyanın Yunanıstan, Hollandiya, İsveç, ABŞ və İranda kəşf edildiyini bildirən Şucai İslam Ölkəsinin bakteriyanı digər ölkələrdən daha tez kəşf etdiyini, beynəlxalq mikrob qeydiyyatı komitəsinə ilkin xəbər verdiyini və buna görə də yeni bakteriyanın İran adına yazıldığını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır