5 avqust 2012 - 19:30

Hələbin idarəçiliyini ələ keçirtmək üçün döyüşən terrorçulara başçılıq edən daha bir türk generalı yaxalanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Livanın əl-Meyadin televiziyası bildirib: “Suriya Təhlükəsizlik nümayəndələri, Suriya ordusunun Hələb şəhərində apardıqları təmizləmə əməliyyatlarında 8 xarici vətəndaşlığı olan əcnəbi terroristlərin yaxalandığını bildirmişlər”.

Suriya Təhlükəsizlik nümayəndələri həbs olunanlar arasında bir türk generalının olduğunu da söyləyiblər.

Suriyadan verilən məlumata görə, türk generalının Suriyanın Müntəzəm Ordusunun Hələbdə terroçu qüvvələrə qarşı apardığı paklanma əməliyyatı əsnasında ələ keçdiyi bildirilir.

Hələlik adı açıqlanmayan generalın, dindirilmə üçün Şama aparıldığı bildirilir…

Hələbin müxtəlif bölgələrində Suriya ordusu ilə terrorist qruplar arasındakı qarşıdurmaların davam etdiyini bildirən Suriya rəsmiləri Hələbə qarşı əsl əməliyyatın hələ başlanmadığını bildiriblər.

Hələbə 20 min əsgərin də yeridilməsini deyən Suriya rəsmisi, Şamın Tadamun səmtində də 20 terroristin cəsədin ələ keçərildiyini açıqlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır