3 avqust 2012 - 19:30

Sən Allahın haqqını bir ildən o biri ilə saxlayırsan, mənim haqqımı necə qaytaracaqsan!

Bir şəxs halvasatandan nisyə halva istədi. Halvasatan dedi:

-Əvvəlcə dadına bax, gör bəyənirsən?

Həmin şəxs cavab verdi:

-Ötən illərdən qəza orucum vardı, indi orucam.

Halvasatan:

-Get, əzizim, sənə nisyə halva verə bilmərəm. Sən Allahın haqqını bir ildən o biri ilə saxlayırsan, mənim haqqımı necə qaytaracaqsan!

* * *

Dövrümüzdə əksər insanlar haqq-ədalətdən danışır, baxanda düşünürsən ki, bu adam cəmiyyətin ən təmiz adamıdır. Amma araşdırsan görərsən ki, nə Allahın, nə xalqın haqqını qaytarır. Xüms vermir, aldığı borcları mənimsəyir. Mömin insan verdiklərini unudur, aldıqlarını daim yadda saxlayır, ona yaxşılıq edənlərə nankorluq göstərmir. Allah bizi verdiklərini unudan, aldıqlarını yadda saxlayanlardan qərar versin.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır