31 iyul 2012 - 19:30

Suriya hakimiyyətini devirmək istəyən bir sıra qüvvələrin ümidləri puça çıxdı. İran İslam Hökuməti Suriya probleminin yalnız danışıqlar yolu ilə həll edilməsinin vacib sayır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası, Suriya hakimiyyəti ilə terrorist qruplaşmaları arasında dialoq üçün zəmin yaradacağını və Tehranda danışıqlar təşkil edə biləcəyini bəyan edib.

Türkiyənin xarici işlər nazirinin müavini Xalid Çevik ilə regiondakı vəziyyəti müzakirə edən İranın XİN rəhbəri Əli Əkbər Salehi bildirib.

O deyib: “Suriyada sülh və sabitliyin bərpa olunacağına ümid edirik. Suriya hakimiyyətini devirmək istəyən bir sıra qüvvələrin ümidləri puça çıxdı. İran İslam Hökuməti Suriya probleminin yalnız danışıqlar yolu ilə həll edilməsinin vacib sayır. Biz, münaqişənin həlli ilə bağlı BMT və ƏDL-nin xüsusi nümayəndəsi Kofi Annanın təklif etdiyi planı dəstəkləyirik”.

Türkiyənin regionda vacib rol oynadığını vurğulayan Əli Əkbər Salehi, rəsmi Tehranla Ankaranın bir çox regional məsələlərdə eyni mövqedən çıxış etdiklərini bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır