30 iyul 2012 - 19:30

İslam Respublikasının bu addımı həmin ölkədəki Müsəlmanların problemlərini həll etmək üçün atılır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi bildirib: “İran İslam Respublikası Myanmada səfirlik açacaq”. 

Onun sözlərinə görə, İslam Respublikasının bu addımı həmin ölkədəki Müsəlmanların problemlərini həll etmək üçün atılır: “İran İslam Respublikası Myanmadakı Müsəlmanlarına qarşı törədilən soyqırımları beynəlxalq ictimaiyyətə çatdıran ölkədir. Biz bu məsələni İslam Əməkdaşlıq Təşkilatı və BMT-də daima qaldıracağıq. İran İslam Respublikası Myanmadakı müsəlmanların problemlərinin həlli üçün bu ölkənin rəsmiləri ilə təmasda olacaq”. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır