27 iyul 2012 - 19:30

Fransanın ən böyük maşın şirkəti Peugeot Citroen İran bazarlarında iştirakdan məhrum olduqdan sonra ağır zərərə qatlaşmalı olub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası bazarından çıxmaq üçün Peugeot şirkətinin qərarı, bu dünyada məşhur olan avtomobil qayırma şirkətə o qədər baha başa gəlmişdir ki, hətta rəsmiləri də açıq aşkar şəkildə onu etiraf ediblər.

Press TV-nin məlumatına görə, qeyd olunan şirkətə təkcə bu ilin ilk yarısında 819 milyon avro xəsarət dəyib.

Bildirilir ki, Fransanın Peugeot şirkətinin maliyyə xəsarətinin əsas səbəblərindən biri bu şirkətin İran bazarlarında iştirakdan məhrum olmasıdır.

Fevral ayına qədər İran Fransadan sonra Peugeot şirkəti üçün ən böyük bazarlardan biri sayılırdı.

Bank sanksiyalarının artması və Sitroen-in Ditroytin General Motors şirkəti ilə birləşməsindən sonra bu şirkət İranla əlaqələrə son qoymaq qərarını verdi.

Avropada 2-ci avtomobil şirkəti olan Peugeot bu şirkətdə 8 min iş yerinin bağlandığını bildirib. Bu avtomobil şirkəti habelə Parisdən kənarda bir maşın zavodunun fəaliyyətini dayandırıb. Son 20 ildə bu ilk dəfədir ki, Fransada bir sənaye müəssisəsi fəaliyyətini dayandırır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır