21 iyul 2012 - 19:30

Muslihi: Terroristlər şəhid Rızai Nejadı odlu silahdan açılan güllə vasitəsi ilə şəhid etmişlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Milli Təhlükəsizlik Nazirliyi cənab Heydər Muslihi 22 iyul 2012-ci il tarixində şəhid Daryuş Rızai Nejadın bir iliyinə həsr edilmiş mərasimində çıxış edərək deyib: “Baxmayaraq ki, şəhid Daryuş Rızai Nejadı terror edən qrup İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyini axtarış zamanı çaşqınlığa salmağdan ötrü xeyli səy göstərmişlər. Lakin Allah Təalanın köməkliyi sayəsində biz onların hammısını yaxalamağa nail olduq”.

Cənab Muslihi şəhid Rızai Nejadın terror əməliyyatının xeyli mürəkkəb sürətdə həyata keçdiyinə işarə edərək deyib: “Şəhid Əli Muhəmmədi və şəhid Şəhriyarı qətlə yetirənlər, terror əməliyyatını uzaqdan idarə olunan partlayıcı maddə ilə həyata keçirtsələr də lakin şəhid Rızai Nejadı odlu silahdan açılan güllə vasitəsi ilə şəhid etmişlər. Amma Uca Allahın köməkliyi ilə biz düşməni ələ keçirtməyə nail olduq”.

ETTELAAT-ın sədri cənab Muslihi sonda əlavə edərək demişdir: “Biz ələ keçirtdiyimiz bu terror qrupundan əlavə iki  digər qrupu da ki, onlardan biri ölkə daxilində digəri isə ölkə xaricində hazırlıq işləri keçirdi yaxalamışıq”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır