19 iyul 2012 - 19:30

FBI və Gülən əlaqələri faş olduqdan sonra Gülən İnstitutu rəsmən bu əlaqəni təsdiqləmək məcburiyyətində qaldı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin `tahahaber` saytının verdiyi xəbərdə bildirilir ki, sayt FBI və Gülən əlaqələrini mediyada yayımladıqdan sonra bəzi saytlar bu xəbəri böhtan olduğunu iddia etmişdir. Lakin iddiaların təsirsiz olduğunu görən Gülən İnistutu mövzu ilə əlaqədar rəsmi açıqlama vermək məcburiyyətində qalmışdır.

Rəsmi açıqlamada Gülən İnstitutu xəbəri təsdiqləyərək `tahahaber` saytını böhtan və yalan informasiya yaymaqda təqsirli bilən saytları heyran qoymuşdur. FBI ilə olan əlaqələrini gizlətməyən İnstitut açıqlamada əlavə olaraq, FBI-ın Houston adlı ofisinin ziyarət etdiklərinə də etiraf etmşdir.

Digər tərəfdən bu bədnam əlaqəni təkzib etməyən Gülən İnstitutu, camaatın (nurçuların) bu institut ilə heç bir əlaqəsi olmadığını ifadə edərək camaatı təmizə çıxartmağa da səy etmişdir.

Gülən İnstitutunun müdiriyyəti, Doktor Doğan Qoç tərəfindən verilən açıqlamada deyilir: "İnstitut adını, Türkiyənin yetişdirdiyi ən böyük mütəfəkkirlərdən biri olan Fəthullah Güləndən götürmüşdür. Fəthullah Gülənin müdafiə etdiyi barış, dialoq, birgə həyat, ictimai ədalət kimi ideyalar da İnstitutun gördüyü əsas işlərdən birdir. Lakin İnstitut heç bir zaman Fəthullah Gülənin Xidmət Mərkəzinin spikeri və nümayəndəsi mövqeyində çalışmır".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır