Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda məmurların zəncirvari haqsızlıqları artıq xalqın müxtəlif təbəqəsinin səbrini tükəndirmişdir. Belə ki, 8-ci kilometr bazarının 150 nəfərə yaxın işçiləri Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə cəhd ediblər. Lakin polislər aksiya iştirakçılarının qarşısını kəsib. Onlar Filarmoniya bağından yuxarı addımlaya bilmədikləri qeyd olunur.
Şikayətçilər bildirdilər ki, aksiyaya gələn iki avtobus yarı yolda dayandırılıb. Aksiya iştirakçıları geri qayıtmalı olublar.
Şikayətçilərdən bir qrupu Administrasiyanın qəbul şöbəsinə aparıb.
Şikayətçilər daha sonra deyiblər ki, üç-dörd gün əvvəl icra hakimiyyətinə də gediblər. İcra başçısının müavini İldırım müəllim onları qəbul edib. “Başçının müavini bizə dedi ki, “onlara gücümüz çatmır”. Öz tabeliyində olan bazar müdiriyyətinə icra hakimiyyətinin gücü çatmır”.
Şikayətçi Fikrət Babayev isə deyib ki, qarşısında durduğu “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban Əliyevaya 3-4 dəfə eyni məzmunlu məktub göndərib. Məktubda yaşadığı vəziyyəti şeirlə ifadə edib:
“Nə Hövsandır, nə Binədir məkanımız
Südçülük sovxozudur ünvanımız
Xarabadır yollarımız, yoxdur qazımız
İtin günündədir güzəranımız“.
Məktubun heç birinə cavab gəlməyib. Prezident Administrasiyasına aparılan bir qrup şikayətçi geri qayıdır. Onlar bildirirlər ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov onları qəbul edəcək. Biz də Komitəyə yollanırıq. Kərəm Həsənov bir qrup şikayətçini qəbul edir. Onlara söz verir ki, rüşvət istəyən vəzifəli şəxs cəzalandırılacaq və problemləri həll olunacaq.






Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır