Bu barədə İran İslam İnqilabının Ali lideri ayətullah Seyid Əli Xamənei bildirib.Onun sözlərinə görə, İrana qarşı uzun illər ərzində tətbiq edilən sanksiyalar Qərbin təzyiqinə qarşı mübarizə aparmaq imkanı yaradan ölkə iqtisadiyyatının inkişafına təkan verən amildir.”Birtərəfli və beynəlxalq qanunvericiliyə zidd sanksiyaların tətbiqi Qərbin qeyri-qanuni alətidir. Bunun köməyi ilə o, İslam Respublikasına təzyiq göstərməyə və zərər vurmağa çalışır. Son illər ərzində Qərb İranın nüvə proqramı həyata keçirməsi bəhanəsi ilə İslam Respublikasında böhran yaratmağa çalışır. Bu qanunsuzluğun ən son həddi İranın neft və bank sektoruna qarşı yönəldilmiş sanksiyaların sərtləşdirilməsi oldu. Son illər ərzində bizim iqtisadiyyatın inkişafına mane olmaq məqsədi ilə onlar hər yola əl atır, açıq və gizli psixoloji və iqtisadi hücumlar edir. İran öz müstəqilliyini və dövlətçiliyini sadəcə günbəgün öz potensialını artırmaqla qoruyub”, - ayətullah Xamənei deyib.
16 iyul 2012 - 19:30
Xəbər kodu: 329764
Ayətullah Xamənei: "Qərbin sanksiyaları və təhdidləri İranın inkişafı üçün stimula çevirilib"