Frans Pressin Qahirədən verdiyi məlumata görə Misir parlamentinin sədri Səd əl-Kətani bu ölkə konstitusiyasına və məhkəmə sisteminə hörmətlə yanaşmanın vacibliyini vurğulayaraq qeyd edib: Hazırda müzakirə edəcəyimiz mövzu konstitusiya üzrə ali məhkəmə hökmünün icrasının sistemi ilə bağlıdır ki, parlament onu qeyri-mötəbər sayıb.
Əl-Kətaninin sözlərinə görə, parlament öz vəzifələri və hüquqlarını yaxşı bilir və məhkəmə hakimiyyəti məsələlərinə müdaxilə etmir və məhkəmə hakimiyyətinin qərarlarını müzakirə etməyəcək.
Misir prezidenti Məhəmməd Mursi bazar günü (10 iyul) seçilmiş parlamentin fəaliyyətinin yenidən fəaliyyəti haqda hökm çıxarıb.
O bu fərman əsasında konstitusiya məhkəməsinin parlamentin buraxılması haqda qərarını ləğv edib. Mursinin qərarına uyğun olaraq yeni konstitusiya maddələrinin hazırlanmasında və referendumun xalqın ona müsbət səs verməsindən sonra iki aya kimi parlament seçkiləri yenidən keçiriləcək.