Keçən bəhslərimizin davamı olaraq, dahi dünya filosof və mütfəkkirlərin təfəkkürlərinin qaynaqları haqqında mövzumuzu davam etdirməklə, əsas mövzumuza yəni, Quran və əsas insan haqlarının kökləri haqqında hədəfimizə tərəf gedirik.
Allahşünaslıq və ya ilahiyyat; Ən qədim dövrlərdən yəni, hələ bizim eramızdan əvvəllər dünya mütəfəkkir və filosofları ilahiyyat mövzusunda çox geniş bəhslər etmiş və Allahşünaslıq və onun prinsipləri haqqında müxtəlif nəzəriyyələr vermişlər. Bizim əsas hədəfimiz bu bəhsləri araşdırmaq deyil. Mövzumuzun imkan dairəsini nəzər alaraq, qısa da olsa bəzi dünya hüquqi məktəb banilərinin yəni, qərb filosoflarının ilahiyyat haqqında nəzəriyyələrinə qısa da olsa baxışdan sonra, İslam və Quranda əsas insan haqları mövzumuzu xüsusi dəlil və faktlarla davam etdirəcəyik.
İlahiyyat bəhsinin əsas məğzi və hədəfi kainatın kim tərəfindən və necə yaranmasıdır. Bu mövzu Qərbdə və Şərqdə teologiya adı altında araşdırılır. Teologiya yunan sözü olub theos, "Tanrı", logos, "bilim" mənasındadır. Yəni – ilahiyyat haqqında elm. Yəni, Allahşünaslıq. Tarixdə ilahiyyat, ümumi mənada hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsidir.
Ümumiyyətlə, ilahiyyatda elmi bəhsin ilk tarixi bizim eradan əvvə XV əsrə gedib çıxır. Yunan fəlsəfəsində metafizikanın atası adlanan Parmenid ilk dəfə öz dövründə məntiq elminin əsasını quraraq, ihaliyyat mövzusun açdı və sonrdan Əflatun və Aristotel isə həmin köklərə əsaslanaraq, bu mövzunu təkmilləşdirdilər. Daha sonra filosoflar vücud və varlıq bəhsini ümumiyyətlə ilahiyyat bəhsindən ayırıb, ayrılıqda araşdırmağa başladılar.
Bizim eradan sonra isə ilahiyyat mövzusu ən çox xristian dinində filosoflar arasında bəhs olunmuşdur. Teologiya bir çox sahələrdən ibarət olan mürəkkəb elmdir. Müxtəlif xristian məzhəblərində teologiyanın sahələrə, fənlərə bölünməsi fərqlidir, lakin ümumiyyətlə xristian teologiyasında aşağıdakı əsas sahələri qeyd etmək olar: Allah haqqında təlim olaraq “xüsusi teologiya” (o cümlədən Üç Üqnum, Allahın adları və sifətləri), vəhy, yaradılış, teodiseya (şərin mövcudluğunu izah edən elm), Bibliya antropologiyası, hamartiologiya (günah haqqında təlim), xristologiya (Məsihin şəxsiyyəti haqqında təlim), pnevmatologiya (Müqəddəs Ruh haqqında təlim), soteriologiya (xilas haqqında təlim), ekklesiologiya (kilsəni tədqiq edən elm), missiologiya, esxatologiya (dünyanın axırı haqqında təlim), sakramentologiya (vəftiz və Rəbbin süfrəsi kimi “sakramentlər” (müqəddəs mərasimlər) haqqında təlim), patrologiya (kilsə atalarını tədqiq edən elm), angelologiya və demonologiya (mələkləri və cinləri tədqiq edən elm). (Tillich, Paul. Systematic Theology. (3 volumes);
Amma, İslam aləmində ilahiyyat yəni, Allahşünaslıq elmi elə İslam zühur edən gündən başlamışdır. Bu sahədə İslam Peyğəmbərinin (s) Quran ayələrinin şərhində çox çalışmaları olmuşdur. İlahiyyat elminin geniş şəkildə əsasını isə İslam Peyğəmbərindən (s) sonra O həzrətin "Mən elmin şəhəri, Əli isə onun qapısınır..." adlandırdığı, möminlərin ağası və elm şəhərinin qapısı ləqəbi almış Həzrət Əlinin (ə) vasitəsi ilə açıqlanmışdır. Həzrət (ə) "Nəcül-Bəlağə" adlı kitabda tövhid, ədalət və Allahın sifətləri haqqında çox dərin elmi və dəqiq fəlsəfi açıqlamalar vermişdir. (Nəhcül-Bəlağə, İbn Əbil Hədidin şərhi sünni mütüfəkkiri, 231-i xütbə, səh.48) Ərəblər içərisində İslamdan qabaq kimsə ilahiyyat mövzusunda hikmət və ilahiyyat haqqında fəlsəfi nəzəriyyələr verməmişdir. Sonradan ilahiyyat mövzusu İslamda iki qimsə yəni, ümumi və xüsusi qismə bölünür və İslam filosofları tərəfindən bu günə qədər geniş şəkildə araşdırılaraq dəqiqləşdirilir. Bu mövzuda İslam filosoflarının əsas diqqətində olan "Nəhcül-Bəlağə"yə müraciət etmək zəruridir. Bu məqamda Əmirəlmöminin Əlinin (ə) "Nəhcül-Bəlağədə"ki ilahiyyat və iman haqqındakı xütbəsindən bir qisməti qeyd etmək istərdim. Həzrət (ə) özünün tarixi xütbəsində buyurur:
"Ey insanlar! Məni itirməmişdən, (itaətsiz dəvə kimi hürküb sahibinin əlindən qaçaraq) öz cilovunu tapdalayan və adamlarının ağlını başlarından çıxaran fitnə-fəsad (Bəni-Üməyyənin fitnə-fəsadları) ayaq tutmamışdan (onların fitnələri hər yeri bürüyərək insanları haqq yoldan və öz zəmanə imamlarını tanımaqdan saxlayandan) qabaq, (ilahi maarifi, şəriət hökmlərini və qiyamətə kimi baş verəcək şeyləri) məndən soruşun ki, mən göyün yollarını yerin yollarından daha yaxşı bilirəm. " (Nəhcül-Bəlağə, 231-i Xütbədən),
XIV əsr bundan əvvəl deyilmiş bu sözü bu gün də heç kim iddia edə bilmək qüdrətinə malik deyildir. Bu iddianın kök və səbəbi O Həzrətin Allaha nə qədər bağlı olduğunu bir daha sübut edir. Halbuki, qərb filosofları arasında belə bir iddianı təsəvvür belə etmək mümkün deyil.
Varlıqşünaslıq (Ontologiya): Əvvəldə qeyd etdiyimiz kimi hər bir filosofun və ya mütəfəkkirin varlıq haqqında iman və nəzəri çox mühümdür. Tarixdə bu elmə ontologiya elmi adı verilib. Bu elm, özünün xüsusi növlərindən asılı olmayan varlıq haqqında təlimdir. Həmçinin, bu elmdə varlıq aləminin yaradıcısı çox vurğulanan mövzulardandır. Bu mövzuda da qərb və şərq filosofları arasında ixtilaf var və müasir dövrümüzdə olan qərb qanunlarının hamısını insan təfəkkürünün məhsulu hesab etmək olar. Qərb qanunları əgər dinə aid nə isə münasib qanun və haqlar verirsə, o da insan təfəkküründən doğan bir məcburi qanundur yoxsa, o qanunlarda məqsəd varlıq aləminin yaradanının tanınması və ya tanınmamasından bəhs belə getmir.
Ümumiyyətlə, filosoflar arasında ontologiya elminin əsasını Miletli Fales qoymuşdur. O bizim eramızdan əvvəl VI əsrdə yaşımış qədim Yunanıstanda ilk filosof və riyaziyyat, fizika, astronomiya üzrə alim olmuşdur. Onun haqqında oxuyuruq: "Miletli Fales ilə Sokrat (b.e.ə. 469-399) arasında az qala iki əsr keçsə də, fəlsəfədə onlar arasında təlimləri ilə bir-birindən bəzən seçilməyən ən çoxu 10-15 mütəfəkkir mövcuddur. Onların heç biri fəlsəfədə və tarixdə Sokrat qədər məşhur sima, həm də Sokrat qədər xalis filosof olmasalar da, bəşəriyyətin intellektual-mənəvi həyatının zirvə sahəsi olan fəlsəfəni yaradanlardır və bəzilərinin misilsiz uğurları indi də hər kəsi heyrətləndirə bilər.
İlk yunan filosofu Fales həm də alim idi. Həndəsədə adına çıxılan bir çox teoremləri və ölçmələri, o, misirlilərdən və babilistanlılardan əxz etmişdi. Lakin özünün də bir çox tapıntıları vardı: məsələn, sahildən dənizdə üzən gəmiyə qədərki məsafəni oradakı iki müxtəlif məntəqədən müşahidə aparmaqla ölçmək... Fales fəlsəfə üçün çox böyük əhəmiyyəti olan bir ideya irəli sürdü. O, hər şeyin sudan yarandığını dedi. Bu fikir indi çoxlarına gülməli də görünə bilər. Lakin Fales bu fikirlə ilkin substansiya anlamını və ideyasını yaratdı. Bununla bütün hər şeyi əhatə edən vahid baxışla dünyanın izah edilməsinə maraq oyatdı. "Bütün şeylər Allahla doludur" – deməklə Falesin dünyanın konseptual izahına cəhdləri dönülməz bir prosesə çevirdiyini iddia etsək, səhv etmərik." (Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s)
Çox maraqlıdır ki, Falesin "hər şey sudan yaranmışdır" qanunu 1400 il bundan əvvəl, İslam Peyğəmbərinə (s) nazil olmuş müqəddəs Quran ayəsində açığ şəkildə qeyd olunmuşdur. Quranda oxuyruq: "Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?" (Ənbiya surəsi 30) Göründüyü kimi varlıqşünaslıq elmində Quranın elmi möcüzələrindən olan belə ilahi ayələri araşdırmaq hələ biz yatmış müsəlmanların ağlına gəlmir. Çünki, bəziləri qərbini insan təfəkkürünə vurulub və canavarlaşmaq istiqamətində hərəkətə keçmək fikrindədir. Amma, insanı yaradan və ona ağıl verən, mütləq qüdrət sahibinin bəşərə yolladığı əzəmət və hikmətlə dolu Quranı arxa plana atmışıq və bəzən ona qarşı irad və tənqidli yanaşmamız və islamofobiyamız da olur.
Felsidən sonra varlıqşünaslıq bəhsi filosoflar arasında ən çox araşdırılan bir bəhsə çevrilir. Bu mövzuda Quran və İslami qaynaqlara əsaslanaraq, ən dəqiq dünyagörnüşünü İslam alimləri vermişlər. Onlardan ən məşhuru filosof İbni Sina və Molla Sədra olmuşdular. Qurani-Kərimdə ilahi vəhy əsaslarına görə kainatın yaramansı və məxsus nəzmi haqqınıda çox dəqiq və bəşərin əlçatmaz elmi məlumatları əksər mütəfəkkir və filosofların diqqətini özünə çəkmişdir. Mütləq qüdrət sahibi olan Allah-Taalanın verdiyi qeybi xəbərləri bəşər min ildən sonra elmin vasitəsi ilə dəqiqliklə açır. Bu haqda onlarla Quran ayələrindən söz açmaq olar. Biz bəhsimizin əsas mövzusundan kənara çıxmamaqdan ötrü onlardan yalnız, birinə işarə edirik. Quranda oxuyuruq: "Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!" (Əraf surəsi 54) Qurani-Kərimdə onlarla belə ayəyə rast gəlmək olar ki, birbaşa varlıqşünaslıq yəni, ontalogiya haqqında ilahi yaradılışdan xəbər verir. Amma, cahil insan heç bir qüdrəti olmadığı halda, ilahi əzəmətin müqabilində heç hesab olunan bəşər təfəkkürünün ardınca qaçır.
İnsanşünaslıq: Tarix boyu filosflar arasında insaşünaslıq yəni, insanın kimliyi, necə yaraması, kim tərəifindən yaraması, tərifi və digər varlıqlarla fərqi arasında müxtəlif məktəblər və ideologiyalar olmuşdur. Mövzuya ümui aspekdən baxdıqda, insanşünaslıq dörd qismə bölünür. 1. Fəsləfi insanşünaslıq; 2. Dini insanşünaslıq; 3. Təcrübi insanşünaslıq; 4. İrfani insanşünaslıq. Bütun bu xüsusiyyətlərin hər birinə öz mövzu çərçivəsində təriflər verilir və yanaşmalar olur. Məsələn, fəlsəfi insanşünaslıq üç qismə bölünür; 1. Qərb fəlsəfi insanşünaslığı; 2. Şərq fəlsəfi insanşünaslığı; 3. İslami insanşünaslıq. Dini insanşünaslıq da həmçinin, əsas tanınmış dinlərdə özünə məxsus bəhslar çərçivəsində olur, məsələn, xristianlıqda insanşünaslıq, islamda insanşünaslıq, zərdüştlükl