Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Prezidenti Mahmud Əhmədinejad konfrans zamanı ölkənin Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarına bildirib: İran İslam Respublikası sırf öz prinsipləri və idealları sayəsində Qərbin göstərdiyi təzyiqlərə və hücumlara müqavimət göstərir.
Onun sözlərinə görə, İslam Respublikası 33 il ərzində Qərb hegemon dövlətlərinə qarşı mübarizə aparıb.
Mahmud Əhmədinejad daha sonra deyib: “Kəşfiyyat Nazirliyi bu müqavimətdə vacib rol oynayır. İslam İnqilabı bəşəriyyət tarixində ən vacib hadisələrdən biridir. Biz təzahürü ABŞ olan dünya imperializminə müqavimət göstərmək üçün daha sıx birləşməliyik. Hazırda düşmən zəif nöqtələrimizdən və çatışmazlıqlarımızdan istifadə edərək bizə qarşı gizli mübarizə aparır. Sanksiyaların yeni mərhələsi ölkəmizin tarixində ən çətin sınaqlardandır. Ancaq düşmənlərimiz bu yolla inkişafımıza mane olacaqlarını düşünməklə yanılırlar. İqtisadiyyatımızın 10%-ni təşkil edən neft sektorumuza qarşı yönəlmiş sanksiyalar özünü təminat və dövlət büdcəsinin neft gəlirlərindən asılılığını aradan qaldıracaq tədbirlərin qəbulu üçün stimul ola bilər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır