Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Seyid Cəlili Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali komissarı Ketrin Eştona nüvə danışıqlarının “məntiqdən kənar” nəticələri və İran xalqına qarşı qeyri-qanuni vasitələrdən istifadə olunması barədə xəbərdarlıq məktubu göndərib.
İIR-ın “konseptual və məntiqi” təkliflərini, həmçinin Moskva danışıqlarında “altılığın” təkliflərinin məntiqi və dəqiq dəyərləndirməsini qeyd edən Seyid Cəlili vurğulayıb ki, İslam Höküməti həmişə danışıqlarda irəliləyişin və konsensusun əldə olunmasına yardım etmək üçün təşəbbüs göstərməyə hazırdır.
İstanbul, Bağdad və Moskvada keçirilən danışıqlar prosesini dəyərləndirən S.Cəlili bildirib ki, uğurlu nəticələrin əldə olunması üçün danışıqların əməkdaşlıq və etibar prinsiplərinə əsaslanan müəyyən şərtlər altında keçirilməsi zəruridir.
Cəlili xəbərdarlıq edib: “Danışıqlar zamanı qeyri-qanuni vasitələrdən istifadə edəcək tərəf konstruktiv danışıqlara vurulacaq istənilən zərərə görə cavabdehlik daşıyır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır