Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin rəhbəri, briqada generalı Məsud Cəzaeri jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Suriyadakı hazırkı vəziyyət rəsmi Dəməşqin və müqavimət hərəkatının ABŞ və müttəfiqlərini məğlubiyyətə uğratmasını göstərir”.
Məsud Cəzaeri açıqlamasının davamında deyib: “Bu gün tam dəqiq demək olar ki, ABŞ-ın Suriyada dövlət çevrilişi həyata keçirmək planları iflasa uğrayıb”.
O, antisionist müqavimətinin rəsmi Tehran üçün danışıqlar mövzusu olmadığını bildirib.
Briqada generalının sözlərinə görə, müqavimət hərəkatı düşmənlərin fitnələrinə tab gətirmək və onlara ağır zərbə endirmək üçün kifayət qədər güclənib.
Məsud Cəzaeri Suriya düşmənlərinin hərbi yolla və terror fəaliyyəti vasitəsilə öz məqsədlərinə çatmaq istədiklərini, lakin bu hərəkətlərin yalnız dinc sakinlərin həyatına son qoyduğunu vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır