Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Əfqanıstan üzrə regional konfransda iştirak etmək üçün Kabilə gələn İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi, burada İngiltərənin XİN rəhbəri U. Heyqlə görüşüb.
Görüş zamanı İran İslam Respublikası ilə “altılıq” arasında iyunun 18-19-da Moskvada keçiriləcək nüvə danışıqları müzakirə olunub.
Müzakirə zamanı Suriyadakı vəziyyətə də toxunulub. Tərəflər Suriya probleminin BMT və ƏDL-in xüsusi nümayəndəsi Kofi Annanın təklifi əsasında sülh yolu ilə həllinə dəstək nümayiş etdiriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır