11 iyun 2012 - 19:30

Hazırda donanmamızın çox uzun məsafəli əməliyyatları reallaşdırması üçün nüvə reaktoru ilə işləyən dəniz nəqliyyatı vasitələrinə ehtiyacı var

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “İran İslam Respublikası nüvə reaktoru ilə işləyən sualtı qayıq istehsal etmək üçün fəaliyyətə başlayıb”.

Bunu İran İslam Respublikası Hərbi-Dəniz Qüvvələri komandanının müavini, admiral Abbas Zamini açıqlayıb.

Onun sözlərinə görə, artıq atom sualtı qayığının hissələrini və sistemlərini hazırlamaq üçün ilkin addımlar atılıb: “Bütün ölkələrin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var. Bu baxımdan nüvə texnologiyası dəniz nəqliyyatı vasitələrində də istifadə oluna bilər. Hazırda donanmamızın çox uzun məsafəli əməliyyatları reallaşdırması üçün nüvə reaktoru ilə işləyən dəniz nəqliyyatı vasitələrinə ehtiyacı var”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır