Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Suriya böhranına toxunara deyib: Suriyada böhranın yaşanması işğalçı israil rejimin maraqlarına xidmət edir.
Mehmanpərəst sözünün davamında bildirib: "Bəzi ölkələr qəsdən Suriyada təhlükəsizliyi pozurlar ki, regionda böhran olsun və bu böhran vasitəsilə Fələstin torpaqlarını işğal etmiş sionist israil rejiminin təhlükəsizliyi qorunsun".
XİN rəsmisi onu da vurğulayıb ki, Suriayaya hərbi müdaxilə etmək regionda sabitliyin pozulmasına gətirib çıxaracaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır