7 iyun 2012 - 19:30

11 saylı çəzaçəkmə müəssinə baş çəkdiyimiz zaman Mövsüm Səmədov "kars"da saxlanılırdı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər rejiminin antiİslam, antiMilli və antiXalq siyasətlrinə qarşı çıxan və rejimi Azərbaycan dövlətinin müqəddəratını həll etməydə aciz bilən, Azərbaycan İslam Oyanışı hərəkatının Lideri, Azərbaycan İslam Partiyasının sədri Doktor Mövsüm Səmədov sionistyönlü əliyevlərin həll olunmaz bir probleminə çevrilmişdir. Azərbaycanın sionistyönlü rejimi İslamçıları və onların Lideri Mövsum Səmədovu qondarma məhkəmə prossesində sındıra bilmədiyi üçün indi Doktor M.Səmədovu 11 saylı cəzaçəkmə müəssinə köçürülməsindən sonra "kars"da saxlamaqla çındırmağa çalışırmış.

Xəbər 44-ün məlumatına görə Eynulla Fətullayev 11 saylı çəzaçəkmə müəssinə baş çəkdiyi zaman Mövsüm Səmədovun "kars"da saxlanıldığın təsdiqləyib.

O, bildirib ki, Mövsüm Səmədova göndərilən sovqatlar belə hətta ona çatdırılmır.

Eynulla Fətullayev daha sonra deyib ki, zindan rəisi, Mövsüm Səmədovun güya həbsxana qaydalarına riyaət etmədiyi üçün "kars"a salındığını bildirib.

Hazırda İslamçıların Lideri Mövsüm Səmədovun "kars"dan azad edildiyi və cəzaçəkmə müəssəsinə göndərildiyi bilindirilir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır