Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Neft Nazirinin müavini Əlirza Zeyğəmi mediaya verdiyi açıqlamasında bildirib: İran İslam Respublikası müqavilə şərtlərinə əməl etmədiklərinə görə Avropanın 20 neft şirkətini beynəlxalq məhkəməyə verib.
Onun sözlərinə görə, İran İslam Respublikasının neftayırma zavodlarını genişləndirmə layihələrində bəzi xarici şirkətlər öz öhdəliklərini yerinə yetirməyiblər: “Bəzi şirkətlər İran İslam Respublikasının xəbərdarlığından sonra səhvlərini düzəltsələr də, digərləri öz öhdəliklərini yerinə yetirməyiblər. Ümumilikdə, 40 şirkət müqavilənin şərtlərinə əməl etməmişdi. Ancaq xəbərdarlıqdan sonra onların yarısı öz səhvlərini düzəltdilər”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır