1 iyun 2012 - 19:30

Verilən məlumata görə saxlanmasına səbəb "Youtube"-dəki videonu diskə yazmasıdır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Müşfiqabad qəsəbəsinin sakini Emin Abıyev dünən polis bölməsinə çağırılaraq izahat alınıb. Axşam saatlarında polis bölməsindən sərbəst buraxılıb.

Bu gün səhər saatlarında inanclı Emin Abıyev yenidən polis bölməsinə çağrılıb və hal-hazırda (15:00) Lökbatan qəsəbəsindəki polis bölməsində saxlanılır.

Onun saxlanma səbəbi isə "Youtube" sosial video şəbəkəsində olan hicab qadağası ilə əlaqədar videonu diskə köçürməsidir. İzahat da bununla bağlı alınıb.

Ətraflı məlumat veriləcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır