23 may 2012 - 19:30

İndi, İlham Əliyevin timsalında İsrailin öz “Nəsrullah”ı var və məncə (gülərək) bizimki dünyaya daha açıqdır və sivildir

Əhli Beyt -ABNA- xəbər agentliyi- İndi, İlham Əliyevin timsalında İsrailin öz “Nəsrullah”ı var və məncə (gülərək) bizimki dünyaya daha açıqdır və sivildir.

Yəhudi əsilli italyan jurnalist Dario Ferri axır zamanlar yazılarında Azərbaycan, İran və İsrail mövzusuna tez tez müraciət edir (www.giornalettismo.com/archives/245252/la-citta-delle-spie-2/).

Azərbaycana tez tez səfər edən bu jurnalist təkcə azərbaycanlıların qonaqpərvərliyindən yox həm də zəngin prezidentə malik olmalarından danışır və elə hesab edir ki, prezident İlham Əliyev region üçün söz sahibi olan siyasətçidir, onun fikrincə İlahm Əliyev həm Cəunbi Qafqazda (red. : madam Cənubi Qafqazda prezident Əliyev söz sahibidir, o zaman nə üçün Qarabağ hələ də erməni dığalarının işğalı altındadır ?

Bu sualı imkanım olsa Ferridən soruşacağam), həm orta asiyada, həm Rusiyada həm, həm Türkiyədə, həm də İranda söz sahibidir. Onu da deyim ki, bəzi xarici, xüsusilə də alman və isveç jurnalistlərinə nisbətən bu Dario Ferriyə qarşı Azərbaycan hakimiyyəti xüsusi bir simpatiya ilə qayğı göstərirlər. Mayın 11-də O, da Bakıda idi, deyilənə görə də Eurovision tədbirlərinə görə gəlib.

Mayın 11-də daha bir mötəbər şəxs, Ferri ilə əlaqəsi olmayan bir şəxs də Bakıda idi, O, Efraim Hələvidir. Efraim Hələvi Qüdsdə Yəhudi Universitetinin strateji araşdırmalar mərkəzinin rəhbəridir, deyilənə görə əvvəllər isə Mossadın rəhbəri vəzifəsində çalışıb.

Efraim Hələvi İsraildə hökumət və dövlət rəsmilərini kəskin tənqid etsədə nəyəsə görə sionist hökuməti addığı addımlar zamanı daima onun rəyini alır və hesablaşır, doğrudur bu qəbildə Hələvi tək deyil, ancaq az sayda ekspertlərdən biridir. Hə, Hələvi həm də Mərkəzi Kəşfiyyat İdarəsi və Mİ6-nın ekspertidir.

Nahaq yerə mötəbər qonaq yazmıram ki. Aprelin sonuncu dekadasında İsrailin xarici işlər naziri Liberman Bakıya səfəri zamanı Hələvi də gəlməli idi amma gəlmədi. Üstündə bir neçə həftə keçdikdən sonra məlum oldu ki, sən demə Hələvinin ən çox və sərt tənqid etdiyi sionist rəsmilərindən biri elə Liberman özüdür, ancaq bu da ola bilər ki, burda başqa məqsəd olub. Hələvi həm də İsraildə dindar yəhudilərə qarşı sərt çıxışları ilə fərqlənən strateqlərdəndir.

Ötən il Hələvi bəyan etmişdi ki, İsrail üçün yəhudi dindarlar İran bombasından daha təhlükəlidir. İsraildə yəhudi ortodokslarının mövqeyinin möhkəmlənməsini bildirən Hələvi, hesab edir ki, sionist dövlətinin dünyəviliyi üçün nə Həmas nə də Hizbullah dindar yəhudilər qədər təhlükəli deyil.

Sonrakı açıqlamalarında Hələvi bir qədər də qabağa gedərək demişdi ki, İranın bomba yaratmaq iddiası İsraili qorxudacaq qədər təhlükəli deyil. Bu fikri üçün əsas kimi, yarı zarafat yarı gerçək çox maraqlı bir arqument gətirmişdi. Ancaq bu barədə bir qədər sonra....

Mayın 10-da, yəni H.Əliyevin ad günündə və Bakıda təşkil olunmuş Gül bayramında Bakıya səfər edən Hələvi bir neçə qapalı görüş keçirmişdi. Belə çıxır ki, onun Libermanla birlikdə Azərbaycana səfər etməməsinin arxasında nələrsə var, ancaq bizə onu göstəriblər ki, bu adam Libermanın kəskin tənqidçisidir deyə birgə səfərə çıxmayıb.

Keçirdiyi görüşlərdə Azərbaycan rəsmilərindən daha çox xarici diplomatlara yer ayıran Hələvi məhdud bir toplantı da keçirmişdi. Bu görüşdə Milli Məclisin YAP-dan olan bir neçə deputatı - Mübariz Qurbanlı, Əli Əhmədov, Siyavuş Novruzov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Heydər Mirzə iştirak ediblər.

Azərbaycan rəsmiləri ilə Hələvinin nədən danışdığı məlum deyil, ancaq xarici səfirlərlə görüşlərdə ümumi problemlərdən, yaxın şərq mövzusundan və Azərbaycanın Avropa Birliyinə inteqrasiyasından danışıb.

İndii də gələk Hələvinin arqumentinə. Almaniyanın Azərbaycandakı səfiri Herbert Quellenin Hələviyə “Siz Azərbaycana bu qədər diqqət ayırmaqla İranla münasibətlərinizdə nəyə nail olacağınıza ümid edirsinniz və bu İranın sizə qarşı olan təhdidlərini artırmazmı ?”

sualına yəhudi ekspertin cavabı maraqlı olub. O, deyib : “İsrailin İranla münasibəti yoxdur prinsip etibarı ilə problemi də yoxdur, ancaq təhlüklər var. İranın 1979-cu ildən bəri İsraili təhdid etmək kimi bir pis vərdişi var, ancaq bizim işimiz başqalarının vərdişlərindən əl çəkməyə çağırmaq deyil.

İranın dəstəklədiyi Hizbullah və Həmas İsrailə qarşı terror planlarından əl çəkmir. Biz də onları cavabsız qoymuruq. Ancaq indi, İlham Əliyevin timsalında İsrailin öz “Nəsrullah”ı var və məncə (gülərək) bizimki dünyaya daha açıqdır və sivildir.

Əmin ola bilərsiniz ki, İran heç bir zaman nə İsrailə nə də Azərbaycana hücum etməyəcək.” Bu da Hələvinin arxayınlığı.

Və bir gün sonra mayın 11-də Bakıda İran səfirliyi qarşısında mitinq keçirilir ki, bu barədə artıq hamınız məlumatlısınız (www.youtube.com/watch).

Bu aksiyanı Azərbaycan hakimiyyətinin təşkil etdiyi dərhal bilinsə də elə sıradan bir piket də deyildi. Xeyli sayda adamın iştirak etdiyi bir piket idi. Daha bir maraqlı məqam ondan ibarət idi ki, həmin piketdə iştirak edən gənclərin bir hissəsi Aviasiya Akademiyasının tələbələri idi.

Bu akademiyanın rektoru İlahm Əliyevin qaynatası olmaqla yanaşı, deyilənə görə həm də seyyid nəslindədir. Aralarında təhqiramiz ifadələr olan şüarlar da var idi. Ən əsası bu piketi canlı şəkildə izləyən Hələvi eyni zamanda 4-5 kamera ilə bu tədbirin çəkilişini aparıb kasetləri özü ilə götürüb vətəninə yollandı.

Burdan belə çıxır ki, Bakıda İran səfirliyinin qarşısında keçirilən piketdə müəmma yoxdur hər şey göz qabağındadır. Ancaq məchul qalan odur ki, əgər hakimiyyət bu piketi mayın 8-də Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirilən mitinqə cavab kimi təqdim edirsə, onda belə çıxır ki, Təbrizdə də Hələvi üçün işləyən kimlərsə var?

Yoxsa bunlar planlaşdırılmış deyil üst üstə düşən təsadüfi hadisələrdir? Çünki Bakıdakı piketin keçirilməsi əvvəlcədən planlaşdırılmışdı. Daha maraqlısı budur ki, Hələvi heç də İrana qarşı kəskin çıxışları ilə fərqlənən sionist deyil, əksinə bəzi hallarda O, İranı İsrail üçün təhlükə hesab etmir. 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır