23 may 2012 - 19:30

Görəsən Ermənistan bu layihəni həyata keçirməyə başlasa Bakının reaksiyası təkcə bəyanat olacaq?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının İrəvanda keçirilən 39-cu plenar sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın müraciəti oxunub. Müraciətdə Qarabağ münaqişəsinin yeganə həll yolu kimi sərhədlərin bloklanması göstərilir.

Rusiya mətbuatında yayılan müraciətdə bloklama məsələsinin önə çəkilməsi bir sıra suallar yaradır. Əvvəla bu təcrübə həmişə işğalçılar tərəfindən həyata keçirilib. İsrailin işğal etdiyi əraziləri dəmir-beton hasarla bloklaması bir nümunədir. Sonrası, Qarabağı Sarkisyana kim verib ki, tarixi Azərbaycan torpaqlarını hasara alsın?!

Maraqlıdır ki, Ermənistan bu layihəni həyata keçirməyə başlasa Bakının reaksiyası təkcə bəyanat olacaq? 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır