14 may 2012 - 19:30

Üzdəniraqların hüquqlarının ən yaxşı qorunduğu ölkə İngiltərə olduğu bildirilir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən avropa beynəlxalq lezbian və gey dərnəyi (ilga) üzdən iraq cinsi azlıqların qondarma hüquqlarının qorunması ilə bağlı hesabat hazırlayıb.

Üzdəniraqların hüquqlarının ən yaxşı qorunduğu ölkə İngiltərə olduğu bildirilir.

İngiltərənin "The İndependent" qəzeti yaydığı hesabatda üzdəniraqların hüquqlarının az və ya çox qorunduğu ölkələrin siyahısı açıqlanıb.

Rusiya, Moldova, Ukrayna, Belorus, Ermənistan, Azərbaycan və Türkiyə üzdəniraqların hüquqlarının ən az qorunduğu ölkələr siyahısında yer alıb.

Maraqlıdır ki, Avropanın ortasında yerləşən Lixtenşteyn, Monako və San-Marino da üzdəniraqlara qarşı sərt olan ölkələr arasındadırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır