Əhli Beyt -ABNA- xəbər agentliyi- əliyevlər rejiminin şərrləyərək həbs etdiyi bir sıra islamçı qardaşlarımızdan yeni xəbərlər vardır. Belə ki, vəkil Zaman Səmədov İslamazeri.az-a verdiyi məlumatda bildirib: “Mehdi Məmmədovun cinayət işi prokurorluğa göndərilib. İş 5 gün müddətinə məhkəməyə təhfil verilməlidir”.
Vəkil, Mehdi bəyin saxlanıldığı ilk 48 saat ərzində işgəncələrə məruz qalması ilə bağlı işin prokurorluqda araşdırılmasınıda vurğulayıb.
Qeyd edək ki, Məhkəmənin açıq keçirilməsi gözlənilir.
Höccətül İslam Hacı İlham Əliyevin məhkəməsi isə baxmayaraq ki, bu gün keçirilməli və hökm oxunmalı idi. Lakin hökm bədnam "eurovision"a görə təxirə salınıb. Və məhkəmə gey-paraddan sonra oxunacaq.
İslam həqiqətləri” qəzetinin baş redaktoruna isə artıq ökm oxundu.
Mayın 14-də Sabunçu Rayon Məhkəməsində “İslam həqiqətləri” qəzetinin baş redaktoru Əbülfəz Bünyadov haqqında hökm oxunub.
İslamçı redaktor Əbülfəz Bünyadov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qurama məhkəmənin qondarma hakimi Anar Qasımov olub.
Mayın 17-də isə Gəncədə dindar İlham Ələkbərovun məhkəməsi keçiriləcək.
Dindarın işinə rejimin təyin etdiyi qondarma hakim Yaşar Həşimov baxır. Məhkəmədən bildiriblər ki, ötən həftə iş üzrə hazırlıq iclası keçirilib. İstintaqda İslamçı İlham Ələkbərovu vəkil Nemət Kərimli müdafiə edib. Lakin qurama məhkəmə prosesi üçün müqavilə uzadılmadığına görə vəkil məhkəməyə qoşula bilməyib. Nemət Kərimlinin sözlərinə görə, dindarı “dövlətin” ayırdığı vəkil müdafiə edir.
Tanınmış ilahiyyatçı Hacı Abgül Süleymanova gəldik də isə onun hüquqlarını bundan sonra 2 vəkil qoruyacaq: Rüstəm Zülfüqarov və Natiq Mustafayev .
Xatırladaq ki, may ayının 16-sı saat 15:30-da ruhani Abgül Süleymanovun ilk məhkəmə iclası keçiriləcək.
Qeyd edək ki, Abgül Süleymanov günahı olmadan 9 aydır MTN-də saxlanılır. O, ötən ilin avqust ayının 11-i Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır