11 may 2012 - 19:30

Nigeriya Komissarı: Qətlin arxasında «Boko haram» vəhhabi qruplaşması dayanır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Nigeriya Şiələrinin Lideri Muhəmməd Əli öz evində güllələnərək şəhid edilib. Bu barədə ölkənin Kano ştatının polisinin nümayəndəsi komissar İbrahim İdris məlumat verib.

İdris bildirib ki, artıq hadisədə şübhəli bilinən şəxs yaxalanıb. Şübhəlinin evindən bomba, odlu silah və sursat aşkar edilərək götürülüb.

Komissarın sözlərinə görə, qətlin arxasında «Boko haram» vəhhabi qruplaşması dayanır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır