Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə verdiyi açıqlamasında bildirib: “Keçmiş Füzuli və Mirzağa Əliyev küçələrinin yerində - 7,5 hektar ərazidə salınacaq park 2013-cü ilin mayın 10-da- Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən Gül Bayramı günü açılacaq”.
H.Abutalıbov qeyd edib ki, həmin ərazidə “Qış bulvarı” adlı park olmayacaq: "Orada gözəl, musiqili fəvvarələri olan dünyanın ən gözəl parkı salınacaq. Bununla bağlı Bakı Şəhər Icra Hakimiyyətinin sərəncamında “Gözəl istirahət parkı salınacaq” yazılıb. Bir daha deyirəm, həmin ərazidə gözəl istirahət bağ-park kompleksi salınacaq. Parkın aşağısında isə 2 mərtəbəli, müasir tələblərə cavab verən avtomobil dayanacağı inşa ediləcək. Bu dayanacaq 4500 avtomobil üçün nəzərdə tutulub".
Abutalıbov qeyd edib ki, ərazidəki birmərtəbəli evlərin hamısı bir neçə il ərzində söküləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır