İran İslam Respublikasının hərbi komandanı transregional qüvvələri İİR-ın daxili işlərinə qarışmağın keçmiş nəticələri ilə tanış olduqalarını bildirərək onlara İslam Ölkəsinin həndivərindən kənarda durmalarını məsləhət bilib.O bu açıqlamanı 28 aprel 2012-ci ildə ABC-nin ABŞ F22 qırıcılarının Birləşmiş Ərəb Əmirliklərinin Əl Dafra hava bazasında yerləşdirdikdən sonra etmişdir.Bazar günü İslam Respublikasının Xatəmul Ənbiya hava müdafiəsi bazasının Briqada Generalı Fərzad İsmail deyib: “Transregional güclər İİR-nı sakit buraxmalıdırlar, çünki onlar keçmişdə İran İslam Respublikasının daxili işlərinə qarışmağın acı nəticəsini görüblər.”İran İslam Respublikasının komandiri həmçinin əlavə edərək bildirib ki, keçən 33 il ərzində İslam Höküməti həmişə ona qarşı olan təhlükəni ölkəsinin inkişafı üçün fürsətlərə çevirmişdir.O deyib: “Ərazisi bizim bir əyalətimizin ərazisi qədər belə olmayan İsrail elə ki, İslam Respublikasına heç bir şey edə bilməyəcəyini görəndə başlayır hədə-qorxu gəlməyə və bu hədə-qorxu bizim üçün mənasızdır. ”İsmaili deyib ki, tarix boyu olan hər bir qəsbkarçı kimi sionizim də sonda məğlubiyyəti dadacaqdır.O həmçinin İran İslam Respublikasının radar sistemində xeyli uğurlar əldə etdiyini və Xatamul Ənbiya hərbi müdafiə bazasında ən zəif siqnalı olan təyyarələri aşkar edə biləcək radar sistemini quraşdırdıqlarını açıqlayıb.İslam Dövləti dəfələrlə digər xalqları, məxsusən də qonşu dövlətləri əmin edərək bildirib ki, onun hərbi gücü digər dövlətlərə heç bir təhlükə yaratmır və bu güc yalnız özünün müdafiəsinə yönəlib. Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
7 may 2012 - 19:30
Xəbər kodu: 313779
“Transregional qüvvələr keçmişdə İran İslam Respublikasının daxili işlərinə qarışmağın acı nəticəsini görüblər”.