7 may 2012 - 19:30

Ramin Mehmanpərəst: Münafiqlər Azərbaycanda yerləşərsə cavabımız şiddətli olacaq

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst, İslam Respublikasında “Münafiqlər” adı ilə tanınan, İşğalçı İsrail və ABŞ-ın dəstəyi ilə terror təşkilatı olan “Xalq Mücahidləri”-nin  Azərbaycanda yerləşdirilməsi ilə bağlı rəsmi Bakıya ciddi xəbərdarlıq edib.

İran İslam Respublikası rəsmisi bununla bağlı deyib: “Əgər ABŞ və sionistlərin planına uyğun olaraq bu qruplaşma regionun hər hansı bir ölkəsində yerləşdirilərsə biz buna həssaslıqla yanaşacağıq və bu addıma qarşı cavabımız çox şiddətli olacaq. Düşünürük ki, qonşu ölkələr bu həssaslığı nəzərə alaraq İran islam Respublikası ila olan müsbət əlaqələrinə xələl gətirməyəcəklər.” Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır