Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İctimai Palatanın mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında təyin etdiyi aksiya baş tutub."İçərişəhər" metrostansiyasından Sabir bağına gedən yolda 200-dən artıq etirazçı "Azadlıq" və "İstefa" şüarları səsləndirərək hərəkət ediblər. Onlar BŞİH-in müxalifətə şəhərin mərkəzi hissəsində mitinq-yürüş keçirmək üçün yer ayırmamasına etiraz edirlər.Mitinq iştirakçılarından biri deyib: «Azərbaycanda sərbəst toplaşma azadlığına məhdudiyyət qoyulur. «Eurovision» keçirmək istəyən hakimiyyət vicdan məhbuslarını həbsdə saxlayır. Elə bugünkü aksiyada da gəncləri döydülər».O, əlavə edib, hazırda həbsdə olan məhbuslar azadlığa buraxılmasa, bu tədbirlər gündəlik xarakter alacaq: «Vicdan məhbusları azad olunmalıdır...»










