2 may 2012 - 19:30

İlqar Əliyev çıxışlarında Azərbaycanda keçiriləcək "avroviziya" mahnı müsabiqəsi və geylərin paradını sərt şəkildə tənqid edirmiş

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin ruhanisi Hacı İlqar Əliyevin istintaqı yekunlaşıb.

Bu barədə ruhaninin yaxınları məlumat verib.

İstintaq materialları prokurorluğa təqdim edilib. Yaxın günlərdə ruhani Hacı İlqar Əliyevin məhkəməsi keçiriləcək.

Ruhani üçün cinayət məcəlləsinin 234.4.3 maddəsi ilə istintaq başladılsa da, iş prokurorluğa 234.1 maddəsi ilə təqdim edilib.

Hacı İlqar, bu gün səhər saatlarında Cəlilabaddan Kürdəxanı təcridxanasına aparılıb.

Qeyd edək ki, ilahiyyatçı Hacı İlqar Əliyev fevral ayında cümə namazınsan sonra həbs olunmuşdu. Yaxınları bildiriblər ki, ruhani İlqar Əliyev çıxışlarında Azərbaycanda keçiriləcək "avroviziya" mahnı müsabiqəsi və geylərin paradını sərt şəkildə tənqid edirmiş.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır