Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında qarşıdakı danışıqlar siyasi, hüquqi və texniki aspektlərdə cəmlənəcək. Bu barədə çərşənbə axşamı Trend-ə İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Soltaniyə bildirib.
Ötən cümə günü Soltaniyə bəyan etmişdi ki, Tehran və BAEA arasında nüvə problemi üzrə danışıqların yeni raundu mayın 13-14-də Vyanada baş tutacaq.
Soltaniyənin sözlərinə görə, İran İslam Respublikasının nüvə fəaliyyəti BAEA-nın nəzarəti altındadır. O bildirib ki, İslam Respublikasının nüvə obyektlərində yoxlamalar həftədə bir dəfə heç bir problem olmadan aparılır.
"İran İslam Respublikasındakı Nətənz, Fordo nüvə reaktorları və AES-lərdə bütün yoxlamalar daimi əsasda və problemsiz aparılır. Artıq neçə ildir ki, İran nüvə proqramının hərbi aspektlərində təqsirləndirilir, lakin biz dəfələrlə bunun əksini sübut edirik", - Soltaniyə qeyd edib.
İran İslam Respublikasının nüvə proqramı ilə bağlı ölkəyə qarşı ittihamların əsassız olduğunu bir daha bildirən Soltaniyə qeyd edib: "BAEA-nın keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi öz məruzəsində qeyd etmişdi ki, İslam Ölkəsinin hərbi obyektləri var, lakin obyektlərdə nüvə materiallarının mövcudluğu sübut edilmədi. Buna baxmayaraq, İran İslam Respublikası indiyədək açıq şəkildə təqsirləndirirlər".
Onun sözlərinə görə, İran İslam Respublikası növbəti dəfə sübut etdi ki, bu ittihamlar əsassızdır: "Biz artıq BAEA ilə danışıqların iki raundunu keçirdik və önəmlidir ki, hər iki tərəf öz rolunu bilir" – deyə Soltaniyə bildirib.
Soltaniyə bəyan edib ki, İran İslam Resublikası nüvə silahının yayılmaması haqqında müqavilədə qeyd edilən BAEA-nın suallarına cavab verməklə bağlı heç bir öhdəliyə malik deyil. Onun sözlərinə görə, bununla belə, İslam Dövləti İran və agentlik danışıqların strukturu haqqında plan qura və razılaşa bilərlər. Burada məqsəd İslam Respublikasının nüvə fəaliyyəti ilə bağlı bəzi şübhələri aradan qaldırmaqdır.
"Biz nüvə problemi ilə bağlı qarşıdakı görüşdə BAEA-nın direktoru Yukiya Amanonun köməkçisi Rafael Qrossi, onun müavini Herman Nakerts və digər rəsmilərlə danışıqlar aparacağıq. Ümid edirəm ki, İran İslam Respublikasının nüvə proqramı ilə bağlı problem tamamilə həll ediləcək", - Soltaniyə deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır